Əlaqə Arxiv
news Image
2013.03.29
16:10
| A A A
Həkim xəstəxanada yer olmadığı üçün xəstələrini öldürdü
Movqe.az xəbər verir ki, Braziliyada yaşayan bir həkim, xəstəxanada yataq sayının az olması səbəbiylə 300-ə yaxın xəstəsini öldürməkdə günahlandırılır. Braziliya, Kuritibanın "Evangelico" Xəstəxanasında işləyən Vircinia Soares de Souza adlı qatı cinayətkar olanhəkimdən danışır. 56 yaşlı ötən ay nəzarətə alınmışdı. "Ölüm mələyi" ləqəbi verilən həkim, yeddi xəstəsini ifrat dozda dərman verərək həyat dəstək cihazındakı oksigeni azaldaraq öldürməklə günahlandırılmışdı. Braziliya sağlamlıq nazirliyi ötən gün etdiyi şərhdə həkimin 300-ə yaxın xəstəsini öldürmüş ola biləcəyini açıqlayıb. İstintaqı icra edən Mario Lobato, "Son yeddi ildə De Souzanın maraqlandığı xəstələrin ölümünü araşdırırıq. De Souza, xəstəxanada boş yataq açmaq üçün xəstələrin vaxt öləcəyinə qərar verərək "Allah rolunu oynadı" deyib. Əgər ittihamlar təsdiqlənsə De Souza, dünyanın ən qəddar qatı cinayətkarı ola bilər. 2000-ci ildə İngilis həkim Harold Şipmanın 25 ildə ən az 215 xəstəsini öldürdüyü ortaya çıxmışdı.
Sizin Reklam Yeriniz