news Image
2013.03.29
16:55
| A A A
Dünyanın ən yaxşı avtomobili məlum oldu

2013 Dünya Avtomobil Mükafatları, ABŞ-da başlayan 113-cü Nyu York Avtomobil Sərgisində açıqlanıb. Movqe.Az-ın məlumatına görə, avtomobil dünyasının ən nüfuzlu fəaliyyətləri kimi qəbul edilən mükafatlar, mətbuat konfransıyla eşitdirilib. 2012 Dünyanın Ən Yaxşı Avtomobili Mükafatına "Up" modeli ilə layiq görülən "Volkswagen", bu il də "Golf'" modeli ilə mükafata sahib olub. "Volkswagen", bu ünvanı dördüncü dəfə əldə edib. 2013 Dünyanın Ən Yaxşı Avtomobili Mükafatına "Volkswagen Golf", finalist Mercedes A, Porsche Boxster / Cayman, Toyota GT 86, Scion FR-S və Subaru BRZ ilə yarışıb. 2013 Dünyanın Ən Yaxşı Performans Avtomobili Mükafatına Porsche Boxster / Cayman layiq görülüb. Porsche, keçən il də 911 modeli ilə eyni mükafatı qazanmışdı. 2013 Dünyanın Ən Yaxşı Avtomobil Dizaynı Mükafatını isə Jaguar F-Type qazanıb. Jaguar F-Type finalda Mazda 6 və Aston Martin Vanguish ilə mübarizə aparıb