news Image
2013.03.29
16:30
| A A A
Qida sodasının hansı faydaları var?
Qida sodası - evinizin əvəzolunmaz köməkçisi

Qida sodasının çoxlu faydalı xüsusiyyətləri var. Onu evdə və məişətdə möcüzəvi vasitə hesab etmək olar. Soda toksik olmadığına görə, hətta hamilələr də onu təmizləyici vasitə kimi istifadə edilə bilərlər.  


1. Qida sodası çox asanlıqla hər cür qoxunu aradan qaldıra bilir. Məsələn, soyuducuda, zibil vedrəsində, avtomobildə, ayaqqabı dolabında və başqa yerlərdən gələn pis qoxulara qarşı soda çox effektiv təsir göstərir. Qoxunun qarşısını almaq üçün sodanı suda həll edib ehticac olan yerlərə püskürtmək lazımdır. 


2. Qida sodası mədə turşuluğunun aradan qaldırılmasında faydalıdır. O, həmçinin qidaya əlavə olunan kimyəvi və süni aşqarları neytrallaşdırır. Mədə qıcqırması zamanı  bir stəkan suya 1 çay qaşığı soda əlavə edib içmək məsləhət görülür. 


3. Qida sodasından vanna üçün yumşaldıcı duz kimi istifadə etmək olar.  

    Belə bir vanna dəri qaşınması və iltihabı zamanı da effektiv təsirə malikdir.

   Ağır iş günündən sonra vannaya bir neçə xörək qaşığı soda və hər hansı bir efir yağından bir neçə damcı əlavə edin. Beülə bir vannadan sonra dəri çox yumşaq və hamar olur.



4. Qida sodasınının köməyilə demək olar ki, hər şeyi təmizləmək olar. O, toksik deyil, lakin effektivdir. Məsələn, metal çanaqda olan kirəcləri mükəmməl təmizləyir.  Onu qəhvə və tünd çay qəbulundan sonra dişi ağartmaq üçün də istifadə etmək olar. 



5. Sodadan ilə heyvanları darama zamanı da istifadə edə bilərsiniz. Əgər onu     çimizdirmədən  tez bir zamanda qaydaya salmaq istəyirsinizsə onun    tüklərini daramazdan öncə həll edilmiş soda püskürdün. Tükləri daramaq    asan olacaq, həm də təmiz görünəcək və pis qoxu da gəlməyəcək. 


6. Soda paltar yuma zamanı da köməyə gəlir. Paltar yuyarkən bir stəkan sodanı yuyucu toza əlavə etsəniz, paltar daha parlaq rəngdə olacaq və cod su yumşalacaq. Bəziləri sodanı yaxalama zamanı da əlavə edirlər. O, bahalı vasitələrdən də daha yaxşı təsir göstərir.  


7. Soda bəzi hallarda saç şampununu da əvəz edə bilər. Sodaya bir qədər su  əlavə edib, pasta halına gətirmək, sonra saçları onunla yumaq və su ilə yaxşıca yaxalamaq lazımdır. Saçlar təmiz, yumşaq və parlaq görünəcək. Bundan başqa, soda saçda olan  lak, muss və digər kosmetik vasitələri də yaxşı aparır. 


8. Sodadan skrab kimi üz və bədən dərisini ölü hüceyrələrdən təmizləmək  üçün də istifadə edirlər. Bunun üçün, eyni miqdarda (1-2 xörək qaşığı) soda və duzu bir nəlbəkiyə yerləşdirib, nəm əlinizlə əvvəlcədən islatdığınız dərinizi bir neçə dəqiqə ərzində masaj edin. Sonra isə su ilə yaxşıca yuyun.    Dəriniz uşaq dərisi kimi yumşaq və parıltılı görünəcək. 


9. Soda xalçaların yuyulması zamanı da təsirlidir. Xalçalarınızı təmizləmək və ya pis qoxulardan azad etmək istəyirsinizsə, həll olunmuş sodanı onun üzərinə püskürdün və ya, soda tozunu yarım saat xalçada saxlayın. Sonra isə tozsoranlayın. Bu vasitədən yeni xalçanın kimyəvi iyini yox etmək üçün    də istifadə edə bilərsiniz. 


10. Əgər hovuzunuz tez çirklənir və onu mütamadi olaraq yumalı  olursunuzsa, bu zaman da soda izin köməyinizə çata bilər. Soda suyu  uzun müddət təmiz saxlayır və onu çirklənməyə qoymur. O, göz və dəri  üçün zərərsiz olduğuna görə, rahatlıqla sodalı hovuzda üzə bilərsiniz. 


11. Soda ilə tez bir zamanda alovu söndürmək olur. Qaz plitəsini yanında bir qutu soda saxlayın. Gözlənilməz yanğın olan zaman o, dərhal sizin köməyinizə gələr.  


12. Qida sodası həşəratların sancması zamanı qaşınma və qıcığı aradan götürür. Sodadan pasta düzəldib iltihablı dəriyə, arı, ağcaqanad və digər həşəratların sancdığı yerlərə sürtün.