Əlaqə Arxiv
news Image
2018.09.12
14:37
| A A A
Dünyanın ən gözəl çimərliklərinin ADLARI açıqlandı

"TripAdvisor" dünyanın 25 "ən yaxşı çimərliyi"nin adlarını açıqlayıb.

Movqe.az-ın məlumatına görə, aparılan sorğular nəticəsində Baham adaları yaxınlığında Terks və Kaykos adalarındakı Qreys-Bey çimərliyi ilk yerdə qərarlaşıb.

Şəffaf suyu və xırda qumu ilə seçilən bu çimərlik YUNESKO-nun maddi-mədəni irs nümunələri sırasına da daxil edilib.

 

İkinci yerdə isə Braziliyanın "Baia do Sancho" çimərliyi qərarlaşıb. Bura vulkanik mənşəli 20-yə yaxın adadan ibarət füsunkar bir yerdir.

Üçüncü yerdə isə Kubanın "Varadero" çimərliyi yer alıb.

Avropa qitəsinin ən yaxşı çimərliyi adını isə İspaniyada La-Konça çimərliyi qazanıb.

Trend

Sizin Reklam Yeriniz