Əlaqə Arxiv
news Image
2013.04.01
16:24
| A A A
Xiyarın hansı faydalı xüsusiyyətləri var?

Balqabaqkimilər fəsiləsinə daxil olan xiyarın vətəni Hindistan və Çinin tropik və subtropik əraziləri hesab olunur. Yaşı 6 min il təxmin edilən bu tərəvəz haqqında hətta İncildə də söhbət açılır. 


Tərkibi 96,8 % sudan təşkil olunan xiyar C, A, PP, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, maqnezium, fosfor, natrium, nikel, dəmir, mis, sink, titan, gümüş, yod və başqa minerallarla zəngindir.  Xiyarın tərkibində olan duzların çox hissəsi ürək və böyrəklərin fəaliyyətini yaxşılaşdırır,  insan orqanizmində maddələr mübadiləsini pozan turşu birləşmələrini neytrallaşdırır, qocalma prosesini gecikdirir, qaraciyər və böyrəkdə daş əmələ gəlməsinin qarşısını alır. 


Xiyar susuzluğu azaldır, sidikqovucu xüsusiyyətlərə malikdir. Revmatizm və oynaq ağrılarına faydalıdır.Tər vəzilərinin normal fəaliyyətinə də təsir göstərir.


Xiyar lifi mədə-bağırsaq traktının fəaliyyətini tənzimləyir və artıq xolesterini çıxarır. O, şəkər xətələrinə də çox xeyirlidir. Belə ki, qandakı şəkərin miqdarını azaldır, orqanizmin insulinə olan ehtiyacını qarşılayır. 


Xiyardan kosmetologiyada da istifadə olunur. Əl, üz, boyun qırışlarını və ləkələri aparır. Dərini təravətli və parlaq edir. 




Sizin Reklam Yeriniz