Əlaqə Arxiv
news Image
2013.04.01
17:01
| A A A
Geyinmək cəsarət, gəzmək məharət istəyir
ABŞ-da muzeylərin birində sərgilənən ayaqqabılar xəyal sərhədlərini aşır. ABŞ-ın Nyu York şəhərindəki Moda Texnologiya İnstitutu (FIT) Muzeyində sərgilənən, dünya tərəfindən məşhur stilistlərin işlərindən yığılan ayaqqabı kolleksiyası cəsarət tələb edir. Movqe.Az-ın məlumatına görə, kuratorluğunu FIT Muzey direktoru Valerie Stilin, Kolleen Hill və Fred Dennis ilə etdiyi sərgi, ayaqqabının yalnız ehtiyac deyil, sənətin də bir parçası olduğu tezisini müdafiə edir. Dünyanın ən tanınmış moda evleri və dizaynerlərinin xüsusi kolleksiyalarında 150 əsərin iştirak etdiyi sərgidə, dizaynını Ledi Qaqanın etdiyi Noritaka Tatehana imzalı "Lady Pointe" adlı ayaqqabı da iştirak edir. "Lady Pointe", 45 santimetr hündürlüyü ilə diqqəti çəkir. Sərgidə, Masaya Kuşinonun bağ işləməli ağ dəridən çıxardığı, taxta döşəməsi və insan saçından edilmiş quyruğu olan "Rüzgar Atı" adlı əsəri görənləri çaşdırır. Lyan Banın kolleksiyasından "Channel" marka tapança dikdaban və "Prada" marka alov dizaynlı ayaqqabılar ziyarətçilərin sıx marağına səbəb olub. "Balerin" adlı Kristian Louboutin imzalı ayaqqabı təxminən 25 santimetr uzunluğundakı topuğu və qırmızı dabanı ilə çox bəyənilib. Sərgilənən əsərlər arasında Andreia Çavesin ayna səhifəsindəki "Görünməz" adlı ayaqqabısının da olduğu kolleksiyada, şüşə, sümük, alüminium, tel, kağız və plastikdən hazırlanmış parçalar da var. Ayaqqabıların kvadrat şəkildəki 18 şüşə sütunun içərisində sərgiləndiyi muzeydə foto və video çəkilişinə icazə verilmir. Hər il təxminən 100 min ziyarətçinin gəzdiyi muzeyə giriş pulsuzdur.

Sizin Reklam Yeriniz