Əlaqə Arxiv
news Image
2018.03.16
12:48
| A A A
Dodaqlarınız xasiyyətiniz haqda nə deyir? - XARAKTERİSTİKA

Dodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Bəli, düz bildiniz.

Qalın dodaqlar məsuliyyət hissinin, nazik dodaqlar naz-qəmzənin göstəricisidir.Movqe.az Ailem.az-a istinadən sizə dodaqların xarakterinizə təsiri barədə məlumat verir.

Alt dodaq və üst dodaq bərabərdir

Belə dodağı olan şəxslər adətən taraz, problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmaz, insanların düşüncələrinə də hörmətlə yanaşarlar. Onları hirsləndirmək haradasa imkansızdır. Ancaq dəmir kimi əsəblərinə rəğmən, sevməyi də, gülməyi də bacarırlar. Onlar üçün stəkanın yarısı həmişə doludur.

Nazik, bir az qabarıq dodaqlar

Belə dodaqları olan insanlar azacıq yaramaz, azacıq nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr, kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Onları tanıdıqca bəlkə bir az eqoist olduqlarını düşünə bilərsiniz, amma məsələ eqoistlikləri deyil. Çox sadiq və yaxşı dost olurlar. Axtarsanız, ilk yardımınıza gələcək olan dostunuz yenə odur.

Çox nazik üst dodaq

Liderlik ruhlarında var. Təsir etmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, müdhiş bir şəxsiyyətdir. Nə olursa-olsun müvəffəqiyyətin və problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Ancaq romantik əlaqələr mövzusunda çox parlaq olmaya bilirlər. Çünki həyatdakı öncəlikləri xarakterli bir insan olaraq var ola bilməkdir, mütləq kiminləsə birlikdə olmaq deyil.

Qalın və yumşaq dodaqlar

Belə dodaqlara sahib insanlar mütləq bir başqasının məsuliyyətini öz üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. İçinizdən gələn bir analıq instinktinə sahibsiniz və digərlərini qoruma istəyiniz çoxdur. Stressli hər hansı bir vəziyyətdə öncə başqalarını düşünürsünüz. Belə insanların çox yaxşı valideyn olduğu düşünülür.

Sizin Reklam Yeriniz