Əlaqə Arxiv
news Image
2013.04.01
18:32
| A A A
Sosial təcrid vaxtından əvvəl ölümə səbəb ola bilər
Yaşlı tənha insanlar arasında ölüm, öz yaxınları ilə əlaqə saxlayan insanlara nisbətən 26% çoxdur

Vesti-nin verdiyi məlumata görə, Londonun Universitet kollecinin mütəxəssislərinin keçirdikləri, 52 yaşdan yuxarı 65 min nəfərin  iştirak etdiyi tədqiqatların nəticələri göstərib ki, sosial təcrid insanın vaxtından əvvəl ölümünə səbəb ola bilər. 

Psixoloq Endryu Steptonun sözlərinə görə, ömrün qısalması, heç də, insanın sosial təcridini hiss edib-etməməsindən asılı deyil. 

Əvvəllər aparılan tədqiqat göstərir ki, təklik insanın sağlamlığına və ümumiyyətlə həyatına təhlükə yarada bilər. Belə ki, yaxınlar, dostlar və iş yoldaşlar ilə əlaqələrin zəifləməsi həyatın davamlılığına mənfi təsir göstərir. 


Mütəxəssislərin verdiyi məlumata görə, tənha həyat keçirənlər, öz yaxınları ilə sıx əlaqədə olanlara nisbətən 26% az yaşayırlar. 


Psixoloqlar hesab edirlər ki, ictimaiyyətin diqqətini yaşlı insanların sosial təcridi ilə bağlı problemə çəkmək vacibdir ki, bu problem minimum səviyyəyə ensin.



Sizin Reklam Yeriniz