"Ölkənin adı dəyişsin" təklifi
Qazaxıstanlı gənc film ulduzu Dias Azimjanov, ölkəsinin adının
dəyişdirilməsi təklifi edib. Movqe.Az-ın
məlumatına görə, Azimjanov, "OnlinePetition.kz" internet saytında
yer verilən yazısında, Qazaxıstanın adının dəyişdirilməsinə dair
fikirlərini yazıb. Dias Azimjanov ölkənin adının sonunda olan
"stan" şəkilçisinin götürülərək ingiliscə "Kazakh Republic" və ya
"Kazakh Orda" olaraq dəyişməsini təklif edib. Aktyor Azimjanov:
"Təcrübələrimə əsaslanaraq bunu deyə bilərəm ki, qərbli dövlətlər
və bir çox ölkələr bizi tez-tez Pakistan və ya Əfqanıstan ilə səhv
salırlar. Dünya arenasında nə qədər müvəffəqiyyətli olsaq da,
ölkəmiz haqqında reklamlar yayınlansa da bu iki dövlət ilə eyni
olan "stan" əlavəsi ölkəmizin ümumi etibarını zədələyir." sözlərini
işlədib.