Əlaqə Arxiv
news Image
2013.04.03
13:23
| A A A
Kişilərdə bağırsaq xərçəngi pik nöqtədədir

Mövqe.az-ın  məlumatına görə, İngiltərədə aparılan bir tədqiqatda kişilərdə yoğun bağırsaq xərçəngi hallarının son  35 il ərzində 30 % artdığı müəyyən edilib. 

Britaniya Tədqiqatlar Mərkəzinin (The Cancer Research UK) araşdırmasına görə, qadınlarda isə bu artım göstəricisi 6 % təşkil edir. 

Bu fərqin nədən qaynaqlandığı  məlum deyil.

Bununla belə, xəstələrin həyatda qalma müddətinin artdığı bildirilir.  

Xəstələrin təxminən yarısı yoğun bağırsaq xərçəngi diaqnozu qoyulduqdan sonra, ən azı, 10 il də yaşadıqları qeyd olunur. 

Alimlər yoğun bağırsaq xərçəngi hallarının artmasını, piylə birlikdə qırmızı ət, aşağı lifli qida istehlakının artması və insanın yaşlanması ilə bağlı olduğunu hesab edirlər. 


İngiltərədə bu xəstəlik xərçəng xəstəliyindən ölümlərə görə ikinci yerdədir. Birinci yeri isə ağciyər xərçəngi tutur.


Mərkəzin araşdırmasına görə, İngiltərədə 1975-77-ci illər arasında hər 100 min kişidən 45-də, hər 100 min qadından isə 35-də  yoğun bağırsaq xərçəngi aşkar edildiyi halda, 2008-2010-cu illər arasında bu rəqəm  kişilərdə 58-ə və qadınlarda isə 37-yə  qalxdı.


Yoğun bağırsaq xərçənginin  ən çox 60-70 yaşlı insanlar arasında aşkar olunduğu və hər il 23 min insanın bu xəstəliyə düçar olduğu bidirilir. 



Sizin Reklam Yeriniz