Əlaqə Arxiv
news Image
2013.04.03
17:00
| A A A
Vaxtsız gedən məhsullar
Movqe.az xəbər verir ki, Yapon elektronik nəhəngi Panasonic, ötən həftə plazma istehsalını gələn ildən sonra dayandırmağı planladıqlarını bildirib. Halbuki şirkət tərəfindən istehsal edilən ZT60 VT60 kimi TV modellərinin olduqca müvəffəqiyyətli olduğu mövzusunda mütəxəssislər həmfikir idi. CNET internet saytı bu nöqtədən hərəkətlə müxtəlif səbəblərlə zamanı gəlmədən bazardan çəkilən olduqca keyfiyyətli olduqları halda satış müvəffəqiyyəti əldə edə bilməyən məhsulları təyin edib. Xüsusilə televiziya sektoru üçün 5 il olduqca uzun bir müddətdir. Lakin, 2008-ci ildə bazardan çəkilən Panasonic Kuro, hələ də bu gün çıxarılan televiziyalarda istinad nöqtəsi olaraq istifadə edilir. Lakin Panasonic, ekran keyfiyyəti olaraq inqilab yaradan televiziya ilə yalnız 2013-cü ildə çıxarılan Panasonic ZT60 eyniləşdirilə bildi. Motorollanın "qapaqlı telefonu" Razr, çıxarıldığı il xüsusilə qəşəngliyi davamlılığı sayəsində çox böyük bir müvəffəqiyyət əldə etmişdi İlk dəfə 2001-ci ildə Slim Devices tərəfindən çıxarılan Squeezebox, istifadəçilərə "Wi-Fi" bağlantısı ilə Pandora, Napster, Last.fm kimi platformalarından musiqi dinləmək imkanı təmin edirdi. 2006-cı ildə Logitech tərəfindən satın alınan Slim Devices, "Squeezebox" 2012-ci ilə qədər istehsalına davam etdi. Lakin 2012-ci ilin avqustunda şirkət cihazların istehsalını dayandırdığını açıqladı.

Sizin Reklam Yeriniz