Əlaqə Arxiv
news Image
2013.04.03
18:01
| A A A
Telefon dünyasında rəqabət artır
Androidin bazara girməsi ilə birlikdə telefon bazarında tarazlıqlar dəyişir. Movqe.Az-ın məlumatına görə,  London mərkəzli araşdırma şirkətinin verdiyi xəbər çaşdırıcı nəticələri ortaya çıxarıb. Buna görə "Blackberry"nin geriləməsi ilə "Microsoft"un yüksəlişə doğru hərəkətə keçdiyi görülüb. "Microsoft"un təqdim etdiyi mobil əməliyyat sistemi "Windows Phone", keçən illə müqayisədə satışlarında 52 faiz artım göstərib. "BlackBerry" isə satışlarında rekord deyilə biləcək bir enişlə 81 faizlə azalma yaşayıb. Android, 2013-cü il etibarilə ABŞ-dakı ağıllı telefon satışlarının 51,2 faizini ələ keçirərkən, bir il əvvələ nisbətlə 5,8 faizlik artım göstərib. "iPhone" isə 47 faizdən bu il 43.5 faizə qədər geriləyib.
Sizin Reklam Yeriniz