Əlaqə Arxiv
news Image
2013.04.04
18:45
| A A A
Avropalıların üçdə biri klaviatura kilidi istifadə etmir
Movqe.az xəbər verir ki, Avropalı smartfon istifadəçilərinin 35 faizinin şifrəli düymə kilidini aktiv etmədiyi ortaya çıxıb. AA Paris-Siber təhlükəsizlik şirkəti Norton tərəfindən edilən araşdırmada, Avropalı smart  telefon istifadəçilərinin 35 faizi telefonuna şifrəli klaviatura kilidi qoymadığı bunların da  70 faizinin cib telefonunda fərdi məlumatlarını saxladığı təyin olunub. Araşdırmaya qatılanların 30 faizinin ən az bir dəfə mobil telefonunu itirdiyi və ya oğurlandığı9 faizinin isə mobil telefonu vasitəsilə kiber hücuma məruz qaldığı deyilib. İstifadəçilərin 62 faizinin, təhlükəli olduğunu bilməsinə baxmayaraq, internetə etibarlı olmayan pulsuz "WiFi" şəbəkələrdən bağlandığı vurğulanıb. Araşdırma, 9 ölkədə 4 min 500 nəfər üzərində aparılıb.
Sizin Reklam Yeriniz