Əlaqə Arxiv
news Image
2013.04.05
15:14
| A A A
Yazılı imtahanları artıq kompüterlər qiymətləndirəcək
Movqe.az xəbər verir ki, dünyanın öndə gələn iki universiteti olan Harvard və Massaçusets Texnologiya İnstitutunun (MIT) ortaq cəhdiylə yaradılan bir proqram təminatı, tələbələrin yazılı imtahanlarını saniyələr içində qiymətləndirərək bal verə bilir. Nyu York Tayms NYT) qəzetinin xəbərinə görə, iki universitetin ortaq cəhdiylə yaradılan "EdX"in çıxardığı proqram təminatı ilə şagirdlər, saniyələr içində imtahan balını öyrənə biləcək. İstəyən təşkilatın istifadə edə biləcəyi proqramın, süni hazırlanmış bir zəka istifadə etdiyi qeyd edilib. EDX rəhbəri Anant Aqarval, proqramın təhsil sahəsində faydalı bir vasitə ola biləcəyini, tələbələrin imtahan performanslarını artırmaq üçün proqramı istifadə edə biləcəyini vurğulayıb. Aqarval, bu sistem sayəsində tələbələrin imtahan nəticələrini öyrənmək üçün günlərlə gözləməyəcəklərini qeyd edib. EDX rəhbəri Aqarval, "Dərhal cavab gəlir, istifadəsi çox faydalıdır. Şagirdlər, bu şəkildə daha yaxşı öyrəndiklərini söyləyir." deyib. "EdX"in çıxardığı proqram təminatı üçün müəllimin, əvvəlcə 100 imtahan sualını cavablanırması tələb olunur.  Süni zəka, bu cavablar vasitəsilə sürətlə imtahan kağızlarını qiymətləndirir. Proqram təminatı, müəllimin qiymətləndirmə şəklinə görə imtahan kağızlarını qiymətləndirir. Eyni zamanda şagirdin hansı məqamlarda zəif olduğunu da söyləyir.
Sizin Reklam Yeriniz