Əlaqə Arxiv
news Image
2018.11.09
15:21
| A A A
Arvadlarını dəyiş-düyüş edən, valideynlərin öldürən, məhbusların başın kəsən millət - FOTOLAR

Şimal xalqı olan çukçalar baradə nə bilirik?  Demək olar ki, heç nə. Rusların lətifə  qəhrəmanına çevirdiyi bu milləti hamı  geridəqalmış, axmaq birisi kimi təsəvvür edir. Ancaq  əslində belə deyil. Çukçalar düz 150 il ruslara qarşı vuruşublar.  Heç sona kimi tabe olmayıblar da.  Ruslar qisasların lətifələrlə alıblar.
 

Sərt iqlimdə yaşadıqları üçün, çox sərt, hətta anlaşılmaz  yaşam tərzləri, adətləri var.
Movqe.az bu gün çukçalar haqda ən maraqlı məlumatları  təqdim edəcək.
 

 
 İylənmiş ət
 

Çukotkada ov  həmişə olmur.  Ona görə azuqələri yığmaq lazım olur. Çokut mətbəxinin əsas hissəsi  "tuxtaq”  adlanır. Yekə morj ovlanır, sonra doğranır.  Ət 50-60 kq hər biri olmaqla dərilərə yığılır  və xüsusi qazılmış xəndəyə qoyulur. Üstünü daşlarla basdırırlar.
Ət orda qalır, spesifik  dadı əmələ gəlir. Biz bu iylənmiş əti yeyə bilmərik.  Ov sezonu başlayanadək  qar səhrasında bir canlı olmayan çukça isə bu ehtiyyatla  qidalanır. Başqa əlac yoxdur. 
 
Batan adamları xilas etmirlər
 
Ən qəribə adətləri isə dənizdə  batan insanı xilas etməmələridir.  Təsəvvür edin, qayıq çevrilir, içindəkilər suya düşüb batır , ancaq ən yaxınları belə onları xilas etməyə can atmır.
Məsələ ondadır ki, çukçaların inancına görə  suyun üzəri axirətə gedən portaldır, yoldur.  Ona görə insan bu prosesə qarışmamalıdır. Batırsa- demək əcəli çatıb.
Diğər şimal xalqı olan eskimoslarda da bu inanc var.
 
 
Məhbusların qənimləri
 
Çukotkadakı həbsxanalardan  məhbus az qaçır. Çünki məhbus bilir ki, çukçanın əlinə düşsə öləcək. Həbsxanadan qaçan məhbusu tutduqda  dövlət mükafat verir. Ona görə çukçalar qaçan məhbusu tutan kimi başını kəsirlər.  Uzaq yolu məhbusu diri aparmaq, yaxud meyitin daşımaq çətin olur. Başını kəsib həbsxana rəhbərliyinə təhvil verirlər.  Əvəzində bir kisə kartoşka yaxid, araq hədiyyə alırlar.
 
 
"Öldür məni”
 

Şimal sərt yerdir. Burada bəzən həkim tapmaq , klinika tapmaq mümkün olmur.  Əgər çukça qocalırsa,əldən düşürsə, pis xəstələnirsə  böyük oğlunu yaxud  hər hansı qohumunu çağırır. Ondan öldürməyini  xahiş edir . Çukça əziyyət çəkmək, kiməsə yük olmaqdansa ölümü üstün tutur.  
Qoca  çadırda beli divara oturur. Öldürən arxadan "palma” adlanan iti bıçağı düz onun ürəyinə sancır. Beləcə ağrısız və  ani dünyasını dəyişir. Əgər çıçaqla davrana bilmirsə, çukça iplə də boğa bilir. Ancaq "palma” dəbdədir.
Meyiti  açıq havada qoyurlar. Gecə ayı yaxud canavar  meyidi sümüyünədək yeyir.
 
 İntim həyatları
 
Çukçaların intim həyatı heyrətləndirir.  Əgər kiçi bir erkək kimi gücsüzdürsə ona qadın paltarı geyindirib, elə qadın kimi də rəftar edirlər.  Faktiki olaraq həmin şəxs geyə çevrilir.
Çukot qadsını ərindən başqa  da sevgili tapa bilir. Bu adi işdir.
"Nqevtumqıt” adlı adət də var. Məsələn iki kişi müvəqqəti olaraq  arvadlarını dəyişə bilirlər. Çukçalar görə qısqanclıq axmaq hissdir.
 
 
Göbələk keyfi
 
Çukçalarda  zəhərli göbələk olan muxamoru çeynəmək kimi adtəd var. Bu göbələk onları zəhərləmir. Əksinə narkotik vasitə kimi  təsir edir.  O da məlumdur ki, çukçalar gec-gec çimir. Şimalda  bunu etmək asan deyil. Ayda bir dəfə çimmək  normal sayılır. Ancaq  çukçaların orqanizmi  başqadır.  Onları bədəni tərləmir, nə də iy vermir.

Sfera.az

Sizin Reklam Yeriniz