Albalı ağacları çiçək açdı- - FOTOLAR
Movqe.az xəbər verir ki, Vaşinqtonda hər
il qeyd olunan Milli Albalı
Çiçəyi Festivalına 5 gün
qala albalı ağacları çiçək
açıb. Şəhərin simvolu
albalı ağacları Milli
Meydandakı Tidal gölü
ətrafında yerləşir.
Ağacların çiçək açdığının
eşidilməsi xəbərindən sonra vətəndaşlar
həftə sonu tətillərini
göl ətrafında gəzinti
və piknik edərək keçirib.
Şəhərdə olan turistlərin də sıx
maraq göstərdiyi albalı ağacları
ətrafında vətəndaşlar çoxlul
fotoşəkil çəkdirb. Həmçinin
göl kənarında hazırlanan müxtəlif
fəaliyyətlərlə də vətəndaşlara asudə
vaxtlarını gözəl keçirmə imkanı
təqdim edilir. Milli Albalı
Çiçəyi Festivalı bu il
20 Mart - 14 Aprel
tarixləri arasında qeyd olunur.
Festivalın bitəcəyi günə
qədər gölməçə ətrafında
nümayiş və konsertlərin
təşkili davam edəcək. Lakin
keçid mərasiminin də
ediləcəyi əsl bayram
13 Aprel tarixində
reallaşacaq.
Vaşinqtona 1912-ci ildə qardaş şəhəri Tokionun hədiyyə etdiyi ağaclar, ABŞ və Yaponiya arasındakı dostluğun simvolu olaraq görülür. Bu dostluğa hörmətin ifadəsi olaraq mərasimlrdə Yapon mədəniyyətinin tanıdıldığı xüsusi fəaliyyətlərə də yer verilir.