Əlaqə Arxiv
news Image
2013.04.08
17:00
| A A A
"Apple"ın yeni patent müraciəti mübahisələrə səbəb olub
Movqe.az xəbər verir ki, Apple tərəfindən edilən bir patent müraciəti, şirkətin "Google"ın xəritə tətbiqi "Google Maps" a rəqib olacaq bir proqram inkişaf etdirəcəyi söz-söhbətlərini yayıb. "Apple"ın ABŞ Patent və Marka Ofisinə etdiyi müraciətə görə şirkət, "Google"ın xəritə tətbiqində 2007-ci ildən bəri istifadə etdiyi "street view" (küçə görüntüsü) texnologiyasına çox yaxın proqramın patentini almaq üçün müraciət edib. Məlumatlara görə "Apple"ın tətbiqi istifadəçilərə "Google"ın küçə görüntüsü texnologiyasından daha çoxunu təqdim edəcək. Apple tətbiqində cihazın kamera və sensor funksiyası olduqca artacaq. Təkmilləşdiriləcək bir interfeys sayəsində sensorların köməyiylə küçə görüntüləri panaromik olaraq görülə biləcək və kamera köməyiylə cihaz sağa-sola hərəkət etdirilərək küçələri görüntüləyə biləcək. Müraciətə görə tətbiqin fərqli cihazlarda ünsiyyət quraraq qarşılıqlı fəaliyyətindən də bəhs edilir. Buna görə bir neçə ağıllı telefonu yan-yana qoyaraq daha böyük bir panaromik görüntü təmin edilə bilər.
Sizin Reklam Yeriniz