Əlaqə Arxiv
news Image
2013.04.09
17:15
| A A A
ABŞ-dan maraqlı qanun
Movqe.az xəbər verir ki, ABŞ-ın Montana Əyalət Məclisi, sürücülərin yolda avtomobilləri ilə dəydikləri vəhşi heyvanları yeməsinə hüquqi icazə verən qanunu səs çoxluğu ilə qəbul edib. Montana, buna icazə verən ilk ABŞ əyaləti olub. Qanun layihəsini hazırlayıb səsverməyə təqdim edən əyalət senatoru Stiv Levin, avtomobil istifadə edərkən, yolda gördüyü ölü vəhşi heyvanları sayarkən, bu fikirin meydana gəldiyini söyləyib. Qanunu dəstəkləyən əyalət senatoru Lari Lent "Bu qədər yaxşı ətin israf edilməsi həqiqətən günahdır" deyib. Qanuna əvvəl bütün vəhşi heyvanlar daxil edilmişdi, lakin layihə sürücülərin ticari dəyəri olan qoyun, ayı və vaşaqları hədəf ala biləcəkləri qorxusu ilə elk (cins maral) Amerikan maralı antilop növləriylə hüdudlandırılıb.
Sizin Reklam Yeriniz