Əlaqə Arxiv
news Image
2013.04.11
19:00
| A A A
Döş xərçəngi müalicəsində yeni ümid yolu

ABŞ-dakı Kolorado Universitetindən elm adamları, bir çox döş xərçəngi növündə hüceyrələrin, qadında və kişidə olan kişilik hormonu maddəsi androgen alıcılarını ehtiva etdiyini, testosteron kimi kişi hormonlarının da şişin böyüməsinə yol aça biləcəyini qeyd ediblər. Movqe.Az-ın məlumatına görə, araşdırma nəticələrini Amerika Xərçəng Araşdırmaları Dərnəyinin konfransında açıqlayan elm adamları, alıcılara maneə yaradan dərmanların xərçənglə mübarizədə yeni bir üsul ola biləcəyini vurğulayıblar. Bənzər bir üsulun prostat xərçəngi müalicəsində istifadə edildiyini  söyləyən Dr. Cennifer Riçer və qrupu, ostrogen və progesteron kimi qadınlıq hormonlarının döş xərçəngində rol oynadığını və mövcud müalicələrin ostrogen alıcılarına maneə törətmək istiqamətli olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz