Əlaqə Arxiv
news Image
2018.07.16
14:14
| A A A
Yol polisi tez-tez saxlayır, cərimələr gəlir? - Qaraciyəriniz səbəbkardır

Deyəcəksiniz ki, yol polisi, qayda pozuntusu, radara düşmə və cərimənin qaraciyərə nə dəxli? Amma var imiş. Elmi tədqiqatlar sübut edib ki, qaraciyərin vəziyyəti sürücüyə və onun avtomobili idarə etməsinə təsir edir.

Movqe.az medicina.az-a istinadən bildirir ki, Rusiyanın baş hepatoloqu Pavel Boqomolovun rəhbərliyi ilə aparılan tədqiqatda sübut olunub ki, qaraciyərin fəaliyyətinin pisləşməsi, yüklənməsi avtomobil idarə olunmasına mənfi təsir edir. Bu özünü diqqətin azalmasında, yorğunluq və sürətin vaxtında azaldılmasına gecikmiş reaksiya ilə göstərir, qəza şəraiti yaradır.

Qaraciyər toksinlərlə zəhərləndikdə qana ammiak adlı toksin keçir ki, bu da insanda yuxusuzluq, zəiflik, diqqətsizlik yaradır.

Yeni araşdırmada 20-45 yaş arası 60 kişi sürücü iştirak edib. Onlar daha çox yol qaydaları pozub cərimə alanlar idi.

Onların hər birinin qaraciyəri yoxlandı, qan analizləri alındı. 70% iştitakçılarda qaraciyərin ilkin mərhələdə olan xəstəlikləri aşkar olundu, hansı ki, heç bir simptom vermirdi. Qanda isə ammiakın miqdarı çox idi. Qanda yüksək dozada toksik maddənin olması sürücülərin sinir sisteminə mənfi təsir edir.

 

O zaman qaraciyər problemi olanların sükan arxasına keçməsi lazım deyil? Bunu qadağan etmək də mümkün olmayacaq.

Sadəcə vaxtında müayinə olunub, qandan toksiki maddələri təmizləmək lazımdır. Bu tədqiqatda iştirakçılara alman detoks preparatı verildi. Preparatın tərkibində olan L ornitin və L - aspartat qaraciyər hüceyrələrini aktivləşdirir, təmizləyir, funksiyasını normallaşdırır.

1 aydan sonra təkrar qan analizlərində ammiak azalmış göstərdi. 3 ay sonra sürücülərin müşahidəsi göstərdi ki, onların sinir sistemi kifayət qədər fərqlə yaxşılaşmış, diqqət, reaksiya artmışdı. 12 aydan sonra onların DYP-də məlumatlarının yoxlaması zamanı məlum oldu ki, iştirakçılar əvvəlki illərə nisbədən 90% az, nadir halda yol qaydalarını pozub, cərimə alıblar.

Əgər siz də tez-tez cərimələnən sürücüsüzsə, yolda avtomobil idarə etmək cəhənnəm əzabıdırsa, sürətli sürürsüzsə, o zaman qaraciyər və qanın toksiki durumunu yoxlatmağın zamanıdır.

Sizin Reklam Yeriniz