Əlaqə Arxiv
news Image
2013.04.12
14:28
| A A A
Android proqramı vasitəsilə təyyarəni idarə edir

Movqe.az xəbər verir ki, Alman bir IT məsləhət firmasında təhlükəsizlik mütəxəssisi olan Huqo Teso, Android üçün özü inkişaf etdirdiyi bir tətbiq ilə təyyarə oğurlaya biləcəyini iddia edib. "Engadget"in xəbərinə görə eyni zamanda pilotluq təhsili də olan Teso, "PlaneSploit" adlı maşın vasitəsilə idarə sisteminə edəcəyi bir kiber hücum nəticəsində təyyarəni istədiyi kimi idarə edə biləcəyini söyləyib. Tətbiqin mümkünlüyü sübut edilib. "PlaneSploit"in keçən il Amsterdamda təşkil edilən "Hack in the Box" konfransında tanıdıldığını ifadə edən Teso, ilk addımda tətbiqin təyyarə ilə yol nəzarəti arasındakı radio tezlikləri axtararaq hədəf təyin edə bildiyini söyləyib. Hədəfi tapdıqdan sonra isə ikinci bir əlaqə sistemi istifadə edərək "zərərverici" mesajlar köməyiylə təyyarəni tamamilə nəzarət altına ala biləcəyini və ya bilvasitə olaraq pilotu səhv yönləndirə bildiyini söyləyib.

Sizin Reklam Yeriniz