news Image
2012.05.01
10:51
| A A A
Nyu Yorkun ən yüksək göydələni

Mövqe.az CNN-ə istinadən bildirir ki, 11 Sentyabr hücumlarında yerlə bir olan "Əkiz Qüllələr"in ərazisində tikilən "Azadlıq Qülləsi" və yaxud "1 nömrəli Dünya Ticarət Mərkəzi"(1WTC) adlanan qüllə Nyu Yorkun ən yüksək göydələni olub.

Manhattanın cənubunda 10 il əvvəl böyük dağıdılmaya məruz qalan, bu səmtdəki inşaat üçün simvolik bir mərhələ olan və Nyu Yorkluların səbrsizliklə gözlədiyi bu yeni etapda əlavə olunan yeni polad tirlər nəticəsində  yüksəkliyi 381 metrdən hündür oldu və şəhərin ən yüksək binası sayılan Empire State Building-i bir neçə metr keçməklə ən yüksək bina adını qazandı.

Polad və şüşədən ibarət olan nəhəng binanın 71-ci mərtəbəsində bu əhəmiyyətli mərhələ səbəbi ilə bağlı proyektin məsul işçisi Port Authority tərəfindən mətbuat konfransı təşkil edilib.

New York bələdiyyə başçısı Michael Bloomberg, "Nyu Yorkun üfüq xətti yeni zirvələrə çatdı" deyərək, Nyu Yorkluların əzm və dayanıqlılığına şahidlik etdiklərini söyləyib.

2013-cü ildə tamamlanacaq bina 541 metr olmaqla ABŞ-ın ən yüksək, dünyanın isə üçüncü ən yüksək binası olacaq.

"1WTC" qülləsi  11 sentyabr 2001-ci ildəki hücumlarda ölən 3 min qurbanın xatirəsinə həsr olunan abidənin  yanında yerləşir.


Ziba Yusifova

Movqe.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs