Əlaqə Arxiv
news Image
2013.04.18
19:21
| A A A
Qadınlar düşündüklərindən daha gözəldirlər

İngiltərədə gözəllik məhsulları satan bir şirkət maraqlı bir araşdırmaya imza atıb. Movqe.Az-ın məlumatına görə, vəzifələndirilən FBI təhsilli bir robot bir rəssama fərqli yaş və sosial statuslu 7 qadının rəsmini iki fərqli şəkildə çəkdirib. Birinci şəkil qadınların özlərinin, ikinci şəkil isə onları daha əvvəldən tanımayan yadların təriflərinə görə çəkilib. Buradakı şərt isə rəssamın çəkdiyi şəkilləri qadınların görməməsi olub. Onları bir pərdənin arxasından dinləyən rəssam, eşitdiklərini çəkib. Araşdırmaya qatılan digər insanlar da rəssamın çəkdiyi ilk rəsmi görməyiblər, yəni, onlar da pərdənin arxasından təriflərini bildiriblər. Qadınların öz üzlərini təsvir edərkən "bir az kök, çox yumru, alnım böyük, burnum böyük ya da kiçik" kimi daha mənfi ifadələr istifadə edikləri görülərkən, yadların tərifləri daha xoş olub. Sonda 2 rəsm arasındakı fərqdən məlum olub ki, yalnız 2% qadın özünü gözəl olaraq təsvir edib.

Sizin Reklam Yeriniz