Əlaqə Arxiv
news Image
2013.04.19
16:17
| A A A
Əllərinizə daha diqqətlə qulluq edin

Hər gün fikir vermədən nə qədər çox çirkli şeyə toxunduğumuzu eşitdiyiniz zaman təəcüblənməyin, çünki onlar gündəlik həyatımızın bir parçalarıdır. Movqe.Az-ın məlumatına görə, dırnaqlarımız bədənimizin ən çirkli yerlərindən biridir. Bütün gün ərzində saysız yerlərə toxunduğumuz üçün bu yerlərdəki bütün çirki dırnaqlarımızın altında istəmədən toplayırıq.

Pul, tez-tez əldən-ələ gəzdiyi üçün ən çox çirklidir. Xüsusilə metal pullara daha çox mikrob yığılır. Pul kisənizdəki puldan mikrobların daha az yayılmasını istəyirsinizsə pul kisənizi tez-tez silib yumağınızı məsləhət görürük. 

Alışveriş səbətləri- hər gün yüzlərlə insanın bu səbətlərdən istifadə etdiyinə görə ən çox çirklənənlər arasındadır. Zənbilinizin içinə atdığınız meyvə və tərəvəzləri yeməzdən əvvəl yaxşıca yumağı unutmayın.

Pult və digər ev alətləri- Pult ev alətləri içində ən çirkli əşyadır. Cib telefonunu və ya kompüterin klaviaturasını təmizləmək daha asan olsa da, pultun kiçik düymələrinin arasını təmizləyəndən sonra qurumasını gözləmək çox da asan olmur, xüsusilə kanal dəyişdirmək üçün tələsirsinizsə.

Qapının dəstəyi- Ən çox tutulub, ən az təmizlənən yerlərdən biri də qapının dəstəyidir. Gün ərzində o qədər çox insan tərəfindən istifadə olunur ki, üzərinə yığılan çirk, pas və mikrobu təsəvvür belə edə bilməzsiniz.

Bütün bunları oxuduqdan sonra təmizlik və gigiyena dəlisi olmağınıza ehtiyac yoxdur. Unutmayın insan bədəni mikrob və xəstəliyə qarşı yüksək müqavimətə malikdir. Müəyyən təmizlik qaydalarına diqqət yetirsəniz mikroblardan qurtulmuş olarsınız. 

Sizin Reklam Yeriniz