Əlaqə Arxiv
news Image
2013.04.19
17:25
| A A A
İnternetdən 10 addımla adınızı silin

Şəxsi məlumatlarınızın qorunub-qorunmadına görə narahat olursunuzsa, İngiltərənin "The Guardian" qəzeti 10 addımda rəqəmsal izləri silməyin yollarını yayıb. Movqe.Az sizə bu addımları təqdim edir:

1. "Facebook"da, gizlilik nizamlarından hər şeyi "xüsusi" edin.

2. "Facebook"da işarə olunduğunuz fotoşəkilləri bir-bir açıb, `Seçimlər' hissəsindən işarələrinizi silin.

3. "Google Blogger" hesabınızda profilinizi silin. Beləliklə, bütün bloq yazılarınız və şərhləriniz silinəcək.

4. "Tumblr" və ya "Wordpress" bloqunuz varsa onları da silin.

5. Axtarış mühərriklərinə dırnaq içində ad soyadınızı yazın. Forumlardakı şərhlərinizi silin. 

6. "Google Images"də də adınızı axtarın. Şəkillərinizin çıxdığı saytlara şəkillərin qaldırmasını xahiş edin. "Flickr" kimi saytlara göndərdiyiniz fotoşəkilləri də qaldırın.

7. Adınızı davamlı axtarın. Adınızın çıxdığı saytların sahibləri ilə təmasa keçib probleminizi deyin.

8. "Facebook", "Blogger" və "WordPress"ə yolladıqlarınızın hələ "Internet Archive" saytının silsiləndə ola biləcəyini unutmayın. Bu sayt, məzmun qaldırma tələblərini tək-tək ələ alır.

9. Tam adınızı internetdən tamamilə qaldırsanız belə, geridə qalan göndərilərinizi və dostlarınızın sizdən bəhs etdiyi mesajları araşdıraraq sizi tapa biləcəklərini də yadınızda saxlayın.

10. Sizi izləyən "Google"ın axtarış mühərriki yerinə, sizi izlənmədiklərinizdən istifadə edin.

Sizin Reklam Yeriniz