Əlaqə Arxiv
news Image
2013.04.19
19:22
| A A A
Ağlayan körpəni qucaqlamağın faydası sübut edildi

Tokionun şimalındakı Saitamadakı Beyin Elm İnstitutunda vəzifəli elm adamlarının araşdırmasına görə, körpə ağladığı zaman qucağa götürülərsə özünü daha rahat hiss edər. Movqe.Az-ın məlumatına görə, Həkim Kumi Kuroda, "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özlərini daha rahat hiss edirlər." deyib. Yapon mütəxəssislər, ağladığı zaman qucaqlanan körpənin ürək atışının normala düşdüyünü də təyin ediblər. Elm adamı Kuroda, ağlayan körpələrin ailəsi üzərində bir cür nəzarət meydana gətirməyə çalışdığı istiqamətli nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. Kuroda, "Bu araşdırma, valideynlərin uşaqların hərəkətlərini səhv anlamalarının da qarşısını alacaq." deyə danışıb.

Sizin Reklam Yeriniz