Əlaqə Arxiv
news Image
2018.11.20
19:35
| A A A
Dünyanın ən yüksək Laləsi tikiləcək - VİDEO - FOTO
Britaniyanın paytaxtı Londonda yeni göydələn inşa olunacaq. Dünyaca məşhur memar ser Norman Foster şəhərin işgüzar mərkəzi olan Sitidə "Lalə" ("The Tulip") adlı göydələn layihəsinin reallaşmasına icazə alıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Londondakı "Gherkin" adlı göydələnin müəllifi olan ser Norman Foster və onun "Foster+Partners" memarlıq bürosu 304 metr yüksəliyə malik "Lalə"nit inşa edəcək. Göydələnin yuxarı hissəsi genişlənən lalə qönçəsi formasındadır.

Layihə ilə bağlı bir ildən bəri davam edən müzakirələr nəticəsində qəbul edilmiş qərara görə, göydələnin inşasına 2020-ci ildə başlanacaq. Tikinti başa çatandan sonra o, Londonda "Shard"dan sonra ikinci, Sitidə isə ən yüksək bina olacaq.

Layihəyə görə, "The Tulip"in "gövdə"sində kommersiya strukturları, ofislər və s. yerləşəcək, yuxarı 12 mərtəbədə isə 1500 nəfərlik restoranlar, barlar və 8 müşahidə meydançası olacaq.

Platfrormaları futuristik kapsulda uçuş hissi yaradan şəffaf şüşə körpülər birləşdirəcək. Binanın ən yuxarı hissəsinin fasadında dövrə vuracaq şəffaf kabinlər isə dünyanın ən yüksək "Şeytan çarxı" attraksionu olacaq.

 

Sizin Reklam Yeriniz