news Image
2013.04.24
15:24
| A A A
Bu köpəkbalığı dişləmir!
Movqe.az xəbər verir ki, çıxardığı qeyri-adi dəniz vasitələriylə tanınan ABŞ-lı "Innespace" şirkəti 300 at gücündəki bir dənizaltı ilə "köpəkbalığı" kimi üzməyi vəd edir. Şirkətin Şimali Kaliforniyadakı mərkəzində hazırlanan "Seabreacher X" adlı 2 nəfərlik dənizaltı, köpəkbalığı görünüşlü dizaynı ilə yanaşı yüksək texnologiyasıyla da diqqət çəkir. Suda üzə bilən vasitə, dənizin səthindən 3.6 metr havalana bilir.

Əvvəl delfin şəklində hazırlanan, zamanla köpəkbalığı şəklini alan 5 metr uzunluğundakı "Seabreacher X" dəniz səthində 80 kilometr sürətlə hərəkət edə bilir. Son dərəcə həssas idarəyə sahib olan vasitə, 600 kiloqram ağırlığında olmasına baxmayaraq yüksək sürətdə belə bir balıq qıvraqlığında manevr edə bilir. Suyun altına girərək qatil balina kimi sıçrayan. vasitənin ön tərəfindəki funksional köpəkbalığı ağızı və təyyarələrdən ilhamlanaraq hazırlanan kokpit diqqət çəkir. Çox hissəsi əldə hazırlanan və 7 nəfərlik bir qrup tərəfindən təkmilləşdirilən "Seabreacher X"in 80 min dollarlıq qiymətiylə ən çox orta şərq və uzaq şərq ölkələrindəki tətil mərkəzlərindən sifariş edildiyi ifadə edilir.