Əlaqə Arxiv
news Image
2013.04.24
16:37
| A A A
Yuxsunda kilo alır

Movqe.az xəbər verir ki, İngilis Lesley Kusak hər gecə yuxusunda düz 2500 kalorilik yemək yeyir. Nadir yemə pozğunluğundan əziyyət çəkən qadın hər gecə yuxuya getdikdən sonra evinin alt qatındakı mətbəxinə enir, önlüyünü taxır və tərəvəz doğrayır, yumurta qırır, ən çətin şirniyyat işlərini görür. Mətbəxdə özündən əmin bir şəkildə bacarıqlarını sərgiləsə də 55 yaşlı qadın oyananda bir gecə əvvəl nələr yediyini xatırlaya bilmir. Üç uşaq anası Kusak, gecə nələr yediyini ancaq səhər mətbəxi təmizləyərkən öyrənə bildiyini söyləyir. Lakin təqaüdçü mağaza müdirinin  tək narahatlığı aldığı kilolar deyil. Cusak yuxusunda bir çox dəfə vazelin, yuyucu və boya kimi zəhərli maddələri də bişirib yediyini söyləyir. Həkimlər Kusakın "yuxuda yemə pozuqluğu" yəni NSRED xəstəsi olduğunu düşünür. 1955-ci ildə ilk dəfə sənədləşdirilmiş bu pozuqluğa sahib kəslər gecələri şüursuzca yemək yeyir.


Sizin Reklam Yeriniz