Əlaqə Arxiv
news Image
2018.12.10
15:36
| A A A
Bu qadının işi təəccübləndirir - 1 saata 150 manat qazanır - FOTO

Bəzi insanlar pul qazanmaq üçün saatlarla kompüterin qarşısında əyləşir, bəziləri ağır yük qaldırır, bəzisi sənətlə məşğul olur, bəziləri əxlaqsızlıqla...

İngiltərənin paytaxtı Londonda yaşayan Petra Sajban isə adam qucaqlamaqla pul qazanır.

35 yaşlı qadın özünü professional "qucaqlayıcı" hesab edir və bildirir ki, "iş" üçün müştərilərin evinə və ya otellərə gedir.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, 35 yaşlı Petra 2015-ci ildən bu işlə məşğul olduğunu açıqlayıb.

"3 il bundan əvvəl baxıcı işləyirdim. Bir tərəfi iflic olan xəstə qadına baxırdım. O, bir dəfə məndən onu qucaqlamağımı istədi".

Həmin hadisədən sonra bu sahə üzrə özünü təkmilləşdirən Petra hazırda 1 saatda 70 fund-sterlinq (təxminən 152 manat) qazanır.

Onun kadler (cuddler ing. - qucaqlayıcı) kimi ilk müştərisi 30 yaşlı kişi olub.

Məlumat üçün bildirək ki, qucaqlaşan zaman bədəndə oksitosin adlanan xoşbəxtlik hormonları ifraz olunur.

Sizin Reklam Yeriniz