Əlaqə Arxiv
news Image
2013.04.25
15:28
| A A A
Gələcəyin texnologiyaları - FOTOLAR

Mövzu texnologiya olanda  gələcəkdən bəhs etmək komik vəziyyətə düşmək riskini də gözə almaq deməkdir. Bu yazının məqsədi əlbəttə uzaq gələcəkdəki texnologiyalar haqqında hekayə danışmaq demək deyil. Bu yazıda sgələcəyin texnologiyalarından danışacağıq. Bu texnologiyaların böyük əksəriyyəti hazırda həyatımızda öz yerini tutmağa başlayıb. 2013-cü ildən etibarən təsirini artıracaq və qarşıdakı 5 il ərzində həyat tərzimizin tamamilə dəyişməsinə səbəb olacaq bu yeniliklər, iqtisadi mənada da əhəmiyyətli fürsətlər təqdim edəcək. Bu baxımdan yalnız əyləncə deyil, iş olaraq da görə bilərik gələcəkdəki fürsətləri. Movqe.az gələcəkdə istifadə edəcəyimiz texnologiyaları tıqdim edir:

HTML5 

HTML standartının beşinci versiyası olan və istifadəçilərə əvvəlkindən daha zəngin və interaktiv tətbiqlər yaratma imkanı təqdim edən HTML5, gələcəyimizin əhəmiyyətli texnologiyalarından biridir. Onun yaradıcıları, Androidin iOS-ə, Windows Phone-dan tutmuş digərlərinə qədər bazardakı hər əməliyyat sistemi üçün tək-tək proqram hazırlamaqdan şikayətlənir. HTML5 isə bir tətbiqi bir dəfə yaratmaq və bunu hər yerdə işlətmək imkanı verir. HTML5 istehlakçılar üçün də daha zəngin tətbiqlər və təcrübələr olacağı deməkdir.

 

NFC

Mobil texnologiyalarla əlaqədar ən həyəcan verici inkişaflardan biri, məhsul və xidmətlər üçün necə pul ödəyəcəyimizlə əlaqədardır. NFC (Yaxın Sahə Ünsiyyəti) -ni  kredit kartlarının yerinə telefonunuzu istifadə etməyin bir yolu olaraq təyin edə bilərik. NFC-nin aktiv hala gətirildiyi telefonu dükandakı (və ya bir taksidəki) kredit kartı cihazından keçirildikdə ödəniş hesabınızdan tutulacaq. Bu ilin sonuna qədər hər 5 mobil telefondan birinin NFC ilə təchiz edilmiş olması gözlənilir.


Sensor ekranlı tablet 3D


Böyük ekranlara özəl daha güclü batareyalar

Yeni nəsil böyük ekranlı smart telefonlar əvvəlki modellərə görə daha parlaq və daha dəqiq nəticələr versə də, bu dəfə də ciddi bir batareya problemi baş alıb gedir. Lakin Nouvoyanca tərəfindən inkişaf etdirilən PenTile adlı yeni texnologiya, batareya enerjisini yeniləmənizə köməkçi edə bilir. Yaxın gələcəkdə bənzər texnologiyaların də dəstəyiylə, böyük ekranlı telefonlar üçün batareya dərdimiz demək olar ki sona çatacaq kimi görünür.


Səs tanıma

iPhone 4S-lə həyatımıza girən xidmət mobil cihazın vasitəsilə səs tanıma funksiyasının həqiqətən də fəaliyyətini göstərdi. Məsələn,həyat yoldaşınızla birlikdə yeyəcəyiniz axşam yeməyiylə əlaqədar bir xatırlatma qeydi kimi qarışıq əmrləri danışaraq verə bilər və bunu GPS mövqenizdən asılı olaraq iş yerinizdən ayrıldıqdan sonra görə bilərsiniz


Big Data Management

Böyük məlumat idarəsi, hadisələrin analiz edilməsi və ya əvvəldən görülə bilməsi üçün istifadə edilən qarışıq və böyük miqdardakı məlumatlara texnologiya dilində verilən addır. Böyük məlumatların təhlili, son Amerika seçkisində böyük bir rol oynamışdı. Böyük məlumat həmçinin qlobal problemlərin həllinə kömək göstərmək məqsədli olaraq da istifadə edilir. Daha böyük məlumat və yaddaş yaxın günlərdə daha da əhəmiyyət qazanacaq. 2015-ci ilə qədər böyük məlumat tələbinin yüksək bir artım göstərməsi gözlənilir.


Bulud informasiya


Bluetooth səhiyyə cihazı protokolu

"Bluetooth" çox uzun vaxtdır ki,  mövcuddur. Növbəti aylarda səhhətimizlə birbaşa əlaqədar bir çox yeni cihazı Bluetooh vasitəsilə istifadə edə biləcəyik.



Siçanlara əlvida


Yeni giriş metodları növbəti dövrün dominant tendensiya olacaq. iPad kimi həb kompüterlər, masa üstü və dizüstü kompüterlərə gözəl bir alternativ ola bilər. Bu keçiş müddəti 2013 cü ildə baş tutmasa da, bu nöqtədə uzun bir yol qət etmiş olacağıq və siçanları(mous) daha az istifadə edəcəyik.



Televizor hər yerdə

Bütün sevdiyiniz proqramları onlayn olaraq izləyib kabel TV və ya rəqəmsal platforma abunəliyinizi ləğv edebileceğinizimi zənn edirsiniz? Bu qədər tələsməyin. Platforma şirkətlərinin hiyləgər planları var. Bu şirkətlər, abunəliyinizə davam etdiyiniz təqdirdə internetdən asılı cihazlarınızdan canlı TV və istək üzərinə sifariş edilən filmləri və TV proqramları izləməyinizə icazə verəcəklər.



Elastik ekranlar

İnsanı heyrətləndirən bu əyiləbilən interfeys telefonunuzu və ya tabletinizi qıvıraraq ekrandakı səhifəni yaxınlaşdırıb-uzaklaqdırmağınıza və səhifəni sürüşdürməyinizə imkan verir.



Sizin Reklam Yeriniz