news Image
2013.04.25
16:55
| A A A
Polis maşınını oğurladı - VİDEO

Rusiyada polis avtomobilini oğurlayan narkotik asılısı gəncin görüntüləri, internetdə izlənilmə rekordları qırır. Movqe.Az-ın məlumatına görə, görüntülərdə avtomobili qaçıran narkotik asılısı gəncin dayanmadan qışqırdığı diqqət çəkir, avtomobili sürərkən sükanı da sağa-sola çevirir və sonda avtomobilin idarəsini itirərək qəza edir. Qəza zamanı təhlükəsizlik yastığının açılması ilə yara almadan xilas olan gənc, sürətlə avtomobildən enməyə çalışır. Lakin polislər tərəfindən tutulan gənc, xəstəxanaya qaldırılır.