news Image
2013.04.25
17:25
| A A A
Saçlarınızı yaya hazırlamağın 8 yolu

Günəş, qum və dəniz mövsümü başlayarkən qadınlar bütün bədənlərini başdan ayağa qədər yeniləyir və saçlarını da unutmurlar. Qışdan qalan köhnəlmiş saçlarla vidalaşıb yayı gözəl qarşılamaq, qurumuş saçların yerinə parıltılı saçlara malik olmaq üçün etməyiniz lazım olan sadə amma təsirli yollar var. Movqe.Az sizə saçlarınızı yeniləməyin yolunu təqdim edir:

1. Hər şeydən əvvəl bol su içmək saçlarınızın sağlam olmasına kömək edəcəkdir.

2. Saçınızı hər dəfə yuduğunuz zaman saçlarınızda sizə lazımlı olan yağlar azalır. Buna görə hər gün duş alarkən şampun istifadə etməyin.

3. Həftədə bir gün nəmləndirici təsiri çox olan saç maskası edin.

4. Orqanik məhsullar istifadə edin və qətiliklə spirt ehtiva edən saç baxım məhsullarını seçim etməyin.

5. Saçlarınıza qulluq etməyə laqeyd yanaşmayın. Xüsusilə sərumlar saça parlaqlıq və işıltı verir, itirdiyi gücü yenidən qazandırır.

6. B5 və C vitamini olan saç kremlərindən istifadə edin.

7. Saçlar xloru sevməz, köhnəlməsinə və matlaşmasına səbəb olar. Buna görə də, dəniz və ya hovuza girərkən çalışın bone istifadə edəsiniz.

8. B vitamininin çox olduğu tərəvəz, meyvə və quru paxla qəbul edin.