Əlaqə Arxiv
news Image
2018.12.26
19:37
| A A A
Vərəmli xəstələr yalnız bu müddətdə təhlükəlidir

Vərəm xəstəsi yalnız vərəm mikrobakteriyası ifraz edən halda qorxuludur.

Movqe.az medicina.az-a istinadən bildirir ki, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini İradə Axundova bildirib.

İ. Axundova deyib ki, müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır: "İlk növbədə vərəmin müalicəsi vaxtında və düzgün təyin olunmalıdır. Ona görə də hamıya ilk növbədə tövsiyə edirik ki, vərəmin müalicəsini ftiziator yazmalıdır. Yalnız vərəm sahəsində ixtisaslaşmış həkim vərəmin müalicəsinin düzgün sxemlərini və müddətini bilir. Əgər vərəm müalicəsi düzgün yazılıbsa və xəstə o müalicəyə riayət edir, ən azı 3-4 həftəyə, bir aya xəstədə vərəm mikrobakteriyasının ifrazı tam kəsilir. Xəstə müalicəsini davam etdirdiyi halda cəmiyyətdə heç kim üçün qorxulu deyil və heç kimi yoluxdura bilməz".

Direktor müavini qeyd edib ki, indiki halda bütün xəstələrin müalicəsinin stasionar formada aparmaq heç lazım da deyil: "Vərəmin vaxtında aşkarlandığı xəstə heç də yataq xəstəsi deyil. Stasionar formada müalicə üçün bizim xüsusi meyarlarımız var. Əgər xəstədə qanaxma, tənəffüs çatışmazlığı varsa, dərman qəbul edən xəstədə ciddi yan təsir yaranıbsa, vərəmlə paralel şəkərli diabet, təzyiq xəstəliyi varsa, o halda biz xəstəyə stasionar müalicə təklif edirik.

Hazırda ÜST-nin tövsiyəsi ilə vərəm xəstəsi müalicəsinə ambulator şəraitdə də başlaya bilər. Bizim işimizdə isə infeksion nəzarətlə bağlı tövsiyə var. Biz mütləq xəstəyə başa salmalıyıq ki, evdə necə rəftar etməlidir. Yəni yatağı ayrı olmalı, tibbi maskadan istifadə etməlidir, ən əsası da müalicəsini düzgün aparmalıdır.

Müalicənin monitorinqi deyilən bir anlayış da var. Biz müalicə monitorinqi əsasında bəlğəmin yoxlanmasını aparırıq. Biz sadə mikroskopiya üsulu ilə bəlğəmdə mikrobakteriya tapmırıqsa, o xəstə heç kim üçün qorxulu deyil.

Yeri gəlmişkən, vərəm tək ağciyəri yox, hər bir orqanı zədələyə bilər. Digər orqanlarda hava-damcı yolu ilə vərəm mikrobakteriyalarının ifrazı olmadığı üçün  ətrafdakı heç bir insan üçün qorxulu deyil".

Sizin Reklam Yeriniz