news Image
2013.04.26
16:18
| A A A
Nəhəng velosipedi ilə hamının diqqətini çəkib - VİDEO

ABŞ-ın Los Anceles əyalətində 4,5 metr uzunluğundakı qeyri-adi velosipediylə küçələrdə gəzən Riçi Trimbl görənləri heyrətə salıb. Movqe.Az-ın məlumatına görə, özü üçün xüsusi hazırladığı velosipedə, ancaq bir yer sabitləşdirərək minə bilən cəsur velosipedçi, ayaqlarını yerə qoyma imkanı olmadığı üçün velosipedi davamlı hərəkət etdirmək məcburiyyətində qalır. İnsanları yuxarıdan seyr edərkən velosipedə minməyin ayrı bir zövq olduğunu söyləyən Trimbl, ən böyük çətinliyi işıqforlarda yaşadığını qeyd edərək dayandığı zaman tarazlığı qorumağın çox çətin olduğunu bildirib. Digər bir çətinliyinin də üst keçidlər olduğunu ifadə edən qorxusuz velosipedçi, gəzəcəyi marşrut üzərindəki üst keçidlərin yüksəkliklərini əvvəldən təyin etmək məcburiyyətində olduğunu qeyd edib. Küçələrdə velosiped sürərkən hər kəsin onu seyr etdiyini söyləyən Trimbl, yerə enəcəyi zaman yenə velosipedi bir yerə söykəyərək sabitliyi qorumaq məcburiyyətində qaldığını vurğulayıb.