Əlaqə Arxiv
news Image
2013.04.26
17:45
| A A A
Bu bölgədə xərçəngdən ölüm riski daha yüksəkdir

Latın Amerikada xərçəng xəstəliklərinin artdığı, hər 100 min adamdan 163-nün xərçəngə tutulduğu və hər 22 xərçəng xəstəsinin 13-nün ölümlə nəticələndiyi bildirilir. Movqe.Az "BBC"-nin "Lancet Oncology " jurnalına istinadən bildirir ki, Latın Amerikada Avropa və ABŞ-a nisbətən xəstəliklərin sayı çox az olmasına baxmayaraq, xərçəngdən ölüm nisbəti daha yüksəkdir. Mütəxəssislər, həyat müddəti uzandıqca xərçəngin daha da yayılacağına və bir çox ölkələrin xəstəliklə bacara bilməyəcəyinə diqqəti çəkərək, Latın Amerikada xərçəngin gec diaqnoz edilməsinin və müalicə şərtlərində qeyri-kafiliyin olmasının ölüm nisbətini yüksəldən başlıca səbəblər olduğunu bildiriblər. Araşdırma çərçivəsində Latın Amerikasda və Karib bölgəsində Argentina, Baham adaları, Boliviya, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Dominik Respublikası, Ekvador, Qvatemala, Fransız Quyanası, Quyana, Honduras, Haiti, Meksika, Nikaraqua, Panama, Peru, Puerto Riko , Paraqvay və Əl Salvadorda xərçəng hadisələri və müalicələri araşdırılıb. Mütəxəssislər, bu ölkələrdə iqtisadi inkişaf və həyat standartlarının yaxşılaşması sayəsində insanların artan şəkildə inkişaf etmiş ölkələrin vərdişlərini əldə etdiyini, daha oturaq bir həyat yaşadıqlarını, qeyri-sağlam qidalandıqlarını, daha çox içki və siqaretdən istifadə etdiklərini söyləyiblər. ABŞ-da hər 100 min adamdan 300-nün, Avropada 264-nün xərçəng xəstəsi olduğu, digər tərəfdən ABŞ-da hər 37 xərçəng hadisəsindən 13-nün, Avropada da hər 30 xərçəng xəstəsindən təxminən 13-nün ölümlə nəticələndiyi qeyd edilib. Mütəxəssislər, 2030-cu ildə Latın Amerikada və Karibdə 1,7 milyon xərçəng xəstəsinin olacağını, 1 milyondan çox adamın xərçəngdən öləcəyini əvvəldən görə bildiklərini söyləyiblər.


Sizin Reklam Yeriniz