Əlaqə Arxiv
news Image
2019.01.06
16:11
| A A A
Azərbaycanlı müəllim gecə saat 4-də şagirdlərə dərs keçdi

ABŞ-da yaşayıb-fəaliyyət göstərən azərbaycanlı müəllim Cəfər Cəfərov maraqlı addımı ilə gündəmə gəlib.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov "Facebook" səhifəsində paylaşıb.

 Dünyanın top universiteti “Stenford”un PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı Cəfər Cəfərov Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçib. Bu barədə məlumatı və görüntüləri Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov Feysbuk səhifəsində yayıb. 

Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Gənc müəllimin bu addımı hər kəs tərəfindən alqışlanıb.

Sizin Reklam Yeriniz