news Image
2019.01.13
20:09
| A A A
Rusiyada dağ naməlum səbəbdən çökdü - Yadplanetli versiyası - FOTO

Ötən günlərdə Rusiyanın Sibir vilayətində 200 metr hündürlüyündə bir dağ naməlum səbəbdən çöküb.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, çökmə nəticəsində torpaq kütləsi Bureya çayının istiqamətini dəyişdirib və ətrafdakı yaşayış məntəqələri üçün ciddi təhlükə yaranıb.

Mütəxəssislər çayda 13600 olimpiya hovuzunu doldurcaq qədər su olduğunu bildirirlər.

Dağın çökmə səbəbi Rusiya hökuməti və ordusunu hərəkətə keçirib. Hökumət araşdırma aparılması üçün orduya təlimat verib. Araşdırmalar zamanı dağın hansısa bir göy cismi, yadplanetlilər və ya UNO səbəbindən çöküb çökmədiyi aydınlaşdırılacaq.

Blgədə təmizlik işləri aparan hərbi qüvvələr müxtəlif yerlərdə partlayışlar gerçəkləşdirməklə çayın qarşısını almağa çalışır. Həmçinin Çekunda, Ust_urqal və Elqa kəndlərində məskunlaşmış 400-ə yaxın insanın təxliyyə edilməsi üçün plan hazırlanır.

Dekabrın 11-də baş vermiş hadisəyə mütəxəssislərin baxışı da fərqlidir. Bəziləri dağın hansısa göy cisminin düşməsi nəticəsində çökdüyünü irəli sürsə də, bəziləri bunun yalnız fərqli bir planetdən gəlmiş ağıllı canlılar tərəfindən edilə biləcəyini düşünürlər. Bölgədəki insanlar arasında aparılan sorğuların nəticələrinə görə insanları 33 faizi çökmənin səbəbinin UNO, 27 faizi isə göy cismi olduğuna inanır.

Şeffild Universitetinin professoru Deyv Petli isə çökmənin sərt qırılma və ya tektonik hadisə səbəbindən ola biləcəyini deyib.

Qeyd edək ki, həmin bölgə müxtəlif zamanlarda göy cisimlərinin düşdüyü yer kimi tanınır.