Əlaqə Arxiv
news Image
2019.01.21
21:23
| A A A
2020-ci ildə Yerə meteorit yağacaq - Dünyanın hər bir tərəfindən... VİDEO

Yaponiya kosmosa yeni kateqoriyalı raket göndərib.

Publika.az xəbər verir ki, yeni raket süni meteorit yağışı effekti yaratmaq məqsədilə kosmosa buraxılıb.

Raket özündə 7 ədəd mikro-peyk daşıyır. Bu mikro-peyklər Yerin atmosferinə daxil olarkən içindəki kiçik işıqlı kürəcikləri havaya buraxacaq. Beləliklə, kürəciklər daha sonra meteorit yağışı effektini yaradacaq.

Yaponiya Atmosferi Araşdırma Agentliyindən (JAXA) verilən açıqlamaya görə, raketin daşıdığı 7 peykdən 1-i uğurla atmosferə daxil olub. Digər 6-nın vəziyyətini öyrənmək üçünsə siqnal gözləyirlər.

Rəsmilər süni meteorit yağışının 2020-ci ildə Xirosimada gerçəkləşdirilməsini planlaşdırdıqlarını bildirib. Mikro-peykləri istehsal edən ALE şirkəti isə meteorit yağışı zamanı axan ulduzların fərqli rənglərdə olacağını açıqlayıb. Bununla yanaşı, meteoritlər özlərini qoruya biləcək və bunun sayəsində dünyanın hər bir tərəfindən 20-30 dəfə izlənə biləcəklər.

Sizin Reklam Yeriniz