Əlaqə Arxiv
news Image
2013.04.30
16:37
| A A A
İngilis qəzetinə kiber hücum

Movqe.az xəbər verir ki, İngilis "Guardian" qəzeti, sosial şəbəkə saytı "Twitter"dakı hesablarının kompüter piratlarının hücumuna məruz qaldığını açıqlayıb. Qəzet, internet saytında etdiyi şərhdə hücumu Suriya Elektron Ordusu adlı bir qrupun boynuna götürdüyünü ifadə edib. Hücumdan əvvəl bəzi işçilərinə şübhəli elektronik məktubların göndərildiyinə işarə edən "Guardian", qəzetin kitab və film təqdimatlarını ehtiva "twitter" hesablarının müvəqqəti olaraq bağlanıldığını bildirib. Əvvələr də "Associated Press"in də daxil olduğu bəzi media orqanlarına kiber hücum təşkil edən Suriya Elektron Ordusu isə Guardian qəzetini "Suriya ilə əlaqədar yalan səhv xəbərlər verməkdə" günahlandırdı.

Sizin Reklam Yeriniz