Əlaqə Arxiv
news Image
2019.02.01
19:03
| A A A
Üç əsri yaşayan rusiyalı qadın vəfat edib

Çeçenistanda bu il 130 yaşı tamam olan Rusiyanın ən yaşlı qadını Koka İstambulova vəfat edib.

Movqe.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun nəvəsi İlyas Abubakarov məlumat verib.

Yanvar ayının sonunda Kabarda-Balkar Respublikasının Baksan rayonunda, Rusiya Rekordlar kitabına əsasən, ölkənin ən yaşlı qadını Nanu Şaova 129 yaşında vəfat edib.

K.İstambulova Rekordlar kitabında qeydiyyata alınmayıb, lakin Rusiyanın pensiya fondunda onun yaşını təsdiq ediblər.

“Nənəm heç nədən şikayət etmirdi. Biz həmişə olduğu kimi, şam yeməyi yedik, o, zarafatlar edirdi, danışırdı. Sonra qəfildən onun halı pisləşdi, sinəsində ağrılardan şikayət edirdi. Həkim çağırdıq və bizə dedilər ki, ürəyinin təzyiqi aşağı düşüb, iynə vurdular. Lakin xilas edə bilmədilər. Bir az sonra o, sakitcə, tam ayıq şəkildə və dua oxuya-oxuya öldü”, - deyə nəvəsi bildirib.

Onun sözlərinə görə, qadını Bratsk kəndinin qəbiristanlığında dəfn ediblər.

Xatırladaq ki, ötən ilin məlumatına əsasən, 1889-cu il doğumlu Koka İstambulova Çeçenistanın Nadterechni rayonunun Bratsk kəndində yaşayıb. Qadının yaşını təsdiq edən müvafiq sənədi olub. Lakin pasportda qadının yalnız doğum ili qeyd olunub, doğulduğu ay və gün isə məlum olmayıb. Bundan əlavə o, çox yaxşı yaddaşa malik olub, hətta inqilabdan əvvəlki dövrləri belə xatırlayıb. O, son zamanlar başqalarının köməyilə yeriyirdi və gözləri görmürdü.

Kokanın beş nəvəsi və 16 kötücəsi var, onun övladları isə dünyalarını dəyişiblər.

Sizin Reklam Yeriniz