Əlaqə Arxiv
news Image
2019.02.15
20:15
| A A A
Batil inanclara inanmalıyıqmı? - VİDEO - FOTO

Dünyanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif inanclar var. Sağ əl qaşınanda pul gələcək. Ayağın altı qaşınırsa, yol gediləcək. Ayna qırılması uğursuzluq, üzərlik nəzərdən qoruyar, at nalı bərəkət gətirər kimi təbiət qanunlarına zidd olan bir çox belə inanclar var.

Movqe.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Üzərliyin gücünə inanırsınız?

Sakin: "İnanıram. Evdə dava-dalaşın qarşısını alır".

Sakin: "Batil inanclara çox da inanmıram".

Əhməd Mansurov - Sosioloq: "Özünə inam aşağı düşdükcə onlar təsadüflərə, talismanlara, mövhumata, falçılığa inanmağa başlayırlar. Bunlara inam onların həyatlarını da rahatlaşdırır. Bu zaman öz məsuliyyətlərini də bir qədər azalda bilirlər".

Psixoloqlar isə psixologiyada bu halın öz təsdiqini tapmadığını deyirlər.

Elnur Rüstəmov - Psixoloq: "Bunlar psixologiyada təkzib edilir. Düşüncə xətaları kimi qəbul edilir. Sadəcə, bu insan öz düşüncəsində inanır ki, bu olduğu təqdirdə bu baş verəcək. Və ya, bu ritual olmadığı təqdirdə bu hadisə baş verməyəcək".

Mütəxəssislər hesab edirlər ki, insanlar baş verəcək hadisələrin məsuliyyətindən xilas olmaq üçün bu cür asan üsullara əl atırlar.

Əhməd Mansurov - Sosioloq: "İnsan real həyatda özünü daha çox təsdiqlədikcə qeyri-real şeylərə, talesmanlara inamı qalmayacaq".

Batil inanclar lazımından artıq həddə olarsa, psixologiyada bu hədd patoloji hal kimi qəbul edilir. Belə olan halda psixoprofiloktik tədbirlərin görülməsi isəvacib olur.

Elnur Rüstəmov - Psixoloq: "İnsan özünə inanmalıdır. Özünə inansa, güvənsə, bu cür batil inanclara inama da ehtiyac qalmayacaq".

Əgər israrla nəyəsə inanmaq istəyirsinizsə, ən başda özünüzə inanın. Çünki özgüvən insanı uğura aparan ən yaxşı duyğudur.

Milli.az

 

 

Sizin Reklam Yeriniz