Əlaqə Arxiv
news Image
2019.02.16
21:58
| A A A
Nar qabığı haqqında bunları bilməyiniz məsləhətdir

Payız-qış mövsümünün ən dadlı və faydalı meyvələrindən biridir nar. C, B1, B2 vitaminləri, potasium, dəmir, kalsium və fosforla zəngindir.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, immuniteti gücləndirərək, başda xərçəng olmaqla, bir çox xəstəlikdən qoruyur.

- Qandakı xolesterol nisbətini aşağı salır

- Nar suyu damar sağlamlığını, ürəyi qoruyur

- Diş əti iltihablarına faydalıdır

- Yüksək təzyiqi aşağı salır

- Bədən müqavimətini artırır və enerji verir

- Yorğunluğu yox edir

- İmmuniteti gücləndirir

- Sidikqovucu təsiri sayəsində bədəndəki toksinlərin atılmasına kömək edir

- Dərinin qüsursuz görünməsinə səbəb olur

- Böyrək iltihablarının yox olmasına kömək edir

- Bağırsaq parazitlərinin düşmənidir

Narın tək dənələrində yox, qabığının tərkibində də faydalı vitaminlər var. Çində aparılan araşdırma nar qabığının suyunun daha faydalı olduğunu ortaya çıxarıb. Nar qabığını qurudun. 100 qram qaynamış suya 2 qram nar qabığı ataraq, 10 dəqiqə qaynadın. Bu suyu hər gün çay olaraq için.

Nar qabıqları ürək üçün çox faydalıdır-ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir. Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır. İshal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Nar qabığı dəmləməsini uşaqlara da vermək olar. Ağız boşluğunda istənilən iltihab, yara zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir. Damaqları möhkəmləndirir, qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı, dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin. Dəmləmə qurdqovucu təsirə malikdir. Öskürək zamanı da yaxşı kömək edir. Onu 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için. Eyni zamanda, qastrit və mədə xorası zamanı da müalicəvi təsir edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.

Nar qabıqları dəmləməsini hər gün içməklə başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla, bir çox xəstəlikdən qorunmaq olar. Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.

Sizin Reklam Yeriniz