Əlaqə Arxiv
news Image
2019.02.18
21:16
| A A A
Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı

Amerikalı alimlərin apardığı araşdırma zamanı məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi olan insanlar arasında daha çox yayılıb.
 
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, alimlər 1989-cu ildən aparılan araşdırma nəticəsində belə qənaətə gəliblər.
 
Bu illər ərzində 89000 şəxs arasında araşdırma aparıb. Onlarda kolorektal xərçəngin 118 halı araşdırdıqdan sonra, tədqiqatçılar belə qərara gəliblər ki, bir saat oturaraq televizora baxmaq onkoloji xəstəliyin yaranma riskini 12% artırır.
 
Televizor qarşısında 2 saatdan çox vaxt ərzində oturan insanların xəstəliyə tutulma riski 70 faizdən çoxdur.

Sizin Reklam Yeriniz