Əlaqə Arxiv
news Image
2019.03.11
22:25
| A A A
Mars planetində sirli partlayışlar - Biz nəyi bilmirik?

Bu gün Mars planeti haqqında məlumata sahib olduğumuzu düşünürük.

Movqe.az ölkə.az-a istinadən bildirir ki, alimlər zond və roverlərin köməyi ilə Qırmızı planeti tədqiq edir, canlı həyata dair izlər axtarır. Ufoloqlar isə Marsdan göndərilən fotolarda yadplanetlilərin və sivilizasiyanın mövcudluğunu sübut edən faktlar axtarırlar.

Bununla yanaşı, məzh alimlər fotolarda Mars sirləri ilə rastlaşıblar və bu günə qədər də baş sındırırlar. Hər şey 1896-cı ilin 11 dekabr tarixində başlayıb. Britaniyalı astronom İllinq Qırmızı planetdə parlaq parıltı müşahidə edib. Bu parıltıların mənşəyini heç bir alim izah edə bilmədi. Yazıçı-fantast Gerbert Uells isə tezliklə "Dünyalar müharibəsi" kitabını çıxardı və bildirdi ki, parıltı və partlayışlar Mars sivilizasiyaı ilə əlaqəlidir.

Məhz bu kitabdan sonra insanlar Marsla daha çox maraqlanmağa başladılar və həvəskar astronomlar teleskoplarla Marsda yeni parıltılar müşahidə etmək üçün fəaliyyətə başladılar. Amma növbəti ağ zolaq 1924-cü ildə SSRİ astronomu Barabşov tərəfindən müşahidə edildi. Bu parıltı 4 dəqiqə davam edib. Söyləmək lazımdır ki, bu parıltı da alimlərə heç nə vermədi və heç nəyi izah etmədi.

Ən parlaq Mars partlayışı 1937-ci ilin 4 iyun tariixndə baş verdi. 5 dəqiqədən çox davam edən parıltını dünyanın bir çox astronomları müşahidə etdilər. Sonuncu dəfə Qırmızı planetdə parıltı Alma-Ata astronomları tərəfindən 1956-cı ildə qeydə alınıb.

O vaxtdan uzun illər keçsə də, Marsda bir də parıltı müşahidə edilməyib. Müşahidə edilən partlayışlar da sirr olaraq qalıb. Bununla belə, bir neçə teoriya ortaya atılıb.

-Bu, vulkan püskürməsi və ya iri meteorit düşməsi olub. Amma hər iki halda Qırmızı planetin səthində iri kraterlər yaranardı amma fotolarda görünür ki, kraterlər yoxdur.

-Moskvalı astronom Davıdovun fikrinə əsasən, partlayışların səbəbi qış dövründə Mars atmosferində buz kristallarının böyük əks yaratması və günəş şüası ilə Yerə göndərməsidir. Amma bu teoriyanın da zəif cəhətləri var. Məsələn,1956-cı ildən bu yana niyə eyni təbiət hadisəsi təkrarlanmır?
Bir sözlə, Marsın səthindəki parıltıları nə alimlər, nə də ufoloqlar izah edə bilmirlər...

Sizin Reklam Yeriniz