Əlaqə Arxiv
news Image
2019.03.12
21:38
| A A A
İnfarkt riskini artıran qidalar açıqlanıb

Türkiyəli professor, ürək və damar cərrahı Barış Çaynak infarkta səbəb olan qidaları açıqlayıb.

Həkimin sözlərinə görə, doymuş yağ ehtiva edən yeməklər qaraciyərin yağlanmasına və xolesterinin artmasına gətirib çıxarır.

"Bir çox qidanın üzərində doymuş və doymamış yağların siyahısı var. Doymuş yağların istifadə olunduğu məhsulları doymamış yağlarla əvəz edin. Enerjimizin üçdə bir hissəsi yağlar təmin etməlidir. Bir qadının gündəlik yağ ehtiyacı təxminən 70 qram, kişi üçünsə 90 qram", - deyə cərrah qeyd edib.

Həkim infarkt riskini azaltmaq üçün bu qidalardan uzaq durmağı tövsiyə edib:

Ağ şokolad, konfet, keks, pudinq və biskvit

Xəmir xörəkləri, piroq, qoğal

Kolbasa, kotlet, basdırma və yağlı ətlər

Marqarin, palma yağı

Kokos, kokos kremi

Qaymaq, krem pendir kimi çox yağlı süd məhsulları.

Milli.Az

Sizin Reklam Yeriniz