Əlaqə Arxiv
news Image
2019.03.13
20:05
| A A A
30 gün boyunca limonlu su içsəniz...

Son dərəcə iqtisadi və sağlam bir üsul olan limonlu ilıq suyun sağlamlıq baxımından bir çox faydası var. Bəs, 1 ay boyunca ac qarınına ilıq içilən limonlu suyun sağlamlığımıza olan təsirlərini bilirsizmi?

Movqe.az deyerler.org-a istinadən bildirir ki, antiseptik və tibbi təsirləri olan ilıq limonlu suyun sağlamlıq baxımından müxtəlif faydaları var.

İnfeksiya və xəstəliklərə səbəb olan patogenik bakteriyaların böyüməsini və çoxalmasını önləməyə kömək edir. İmmunitetin güclənməsinə kömək edir. Beləcə qrip kimi infeksiya xəstəliklərindən qorunmanızı təmin edir.

Mədə turşuması varsa, bir stəkan limonlu su rahatlamağınıza kömək edir. Eyni zamanda limonlu su qaraciyərdəki kalsium və oksigen səviyyələrini nizamlamağa kömək edir. Qaraciyərə enerji verərək qüvvətləndirir.

Limonlu su içmək, xərçəngi önləmədə faydalıdır. Araşdırmalar, limonun şiş önləyici xüsusiyyətləri ilə xərçəng riskini azaltmaqda kömək etdiyini göstərir.

Sizin Reklam Yeriniz