Əlaqə Arxiv
news Image
2012.05.04
13:01
| A A A
Tutuquşu polisə ünvanını verib

Mövqe.az BBC-yə istinadən bildirir ki, Tokioda itdikdən sonra polisə ünvanını söyləyən bir tutuquşu sahibinə təslim edilib.

Tutuquşunun 64 yaşındakı sahibi iki il əvvəl quşu  aldıqdan sonra ev ünvanını ona öyrətdiyini bildirib.

Tokio polisi qadının daha əvvəl də bir tutuquşu itirdiyini və bunun təkrarlanmaması üçün  quşa ünvanı öyrətdiyini açıqlayıb.

Erkek tutuquşu bazar günü tapılaraq Tokio polis müəssisəsinə təslim edilib. Amma quş iki gün sonra polisə ünvanını verməyi bacarıb.

Quş bazar günü səhər saatlarda sahibinin Tokionun qərbində yerləşən evindən qaçıb və bir neçə saat sonra yaxınlıqdakı bir oteldə  müştərinin çiyninə qonarkən tutulub.


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz