news Image
2019.06.16
18:16
| A A A
Kimə dondurma yemək olmaz?

İsti aylarda dondurmanın ləzzəti və sərinliyindən ləzzət alan insanların bəzilərinə üzücü xəbərimiz var. Həkimlər bildirir ki, bu xəstəliyi olanlara dondurma qəti qadağandır.

Movqe.az Medicina.az-a istinadən həmin siyahını təqdim edir:

- Diabet xəstələri

- Mədəaltı vəzi iltihabı olanlar - dondurmada olan həm müxtəlif yağlar, qatqılar, həm də soyuqluğu bu orqana mənfi təsir edir.

- Öd kisəsi iltihabı olanlara

- Qanda xolesterin səviyyəsi yüksəkdirsə

- Qastrit, mədə və 12 barmaq bağırsağı xorası zamanı - mədə və bağırsaqda spazmlar yaradır

- Miqren, baş ağrılarından əziyyət çəkənlərə - dondurma damarlarda spazm yaradır ki, bu da baş ağrısına təkan verir.

- Beyin qan dövranı pozğunluğu olanlara

- Dişlərində karies olanlara

- Ürəyin işemik xəstəliyi olanlar - çox soyuq dondurma yeyəndə damarlarda spazm yaranır ki, bu da ürək tutmasına səbəb ola bilər.

- 3 yaşa kimi uşaqlara

- Laringit, faringit, haymorit olanlar

- Boyun limfaları şişənlər