news Image
2019.06.18
19:43
| A A A
Yayda ən çox bunlardan zəhərlənmə baş verir - SİYAHI

Norovirus və Escherichia coli balteriyası epidemiyalarından sonra qida mütəxəssisləri təşvişə düşüb. Qida zəhərlənməsindən sonra bir neçə restoran məhkəməyə verildi. Bundan sonra isə aidiyyatı qrumılar əl-ayağa düşdü.

Movqe.az medicina.az-a istinadən yay aylarında zəhərlənməyə səbəb olan qidaların siyahısını təqdim edir. Doğranmış saxlanan çiy meyvə tərəvəzlər Mütəxəsislərin açıqlamasına görə kəsilərərək uzun müddət saxlanılan meyvə tərəvəz təhlükəli hesab olunur. Bu qidalarda həddindən artıq mikrob yer alır. Aparılan araşdırmalarda da bu öz təsdiqini tapıb.

Çiy molyusk - stridiya 
 
 Qlobal istiləşmə səbəbindən zəhərlənmələr artıb. Xüsusi ilə qabıqlı dəniz məhsullarından qaynaqlanan faktlar çoxalıb.  Dəniz məhsulları təqdim edilən restoranlarda molyusklar, dəniz ilbizi sifariş edəndə ehtiyatlı olun.

Yumurta
 
 
 Çiy yumurtadan zəhərlənmə faktları son illər azalsa da hələ də risk daşıyır. 20 il əvvəl bu qida vasitəsindən daha çox zəhərlənmə qeydə alınırdı.


Çiy Bürüssel kələmi
 
 
 Brüssel kələmi zəhərlənmə epidemiyasına təkan verən tərəvəzdir. Aparılan araşdırmalarda bu bitkidə 30-dan çox bakteriya daşıycısı olduğu təsdiqlənib.
 
 
 
Az bişmiş ət
 
 
 Ətin bişirmə temperaturu 160 dərəcə olmalıdır. Bu istilikdə bişməyən ətlərdə Escherichia coli balteriyası və salmonella infeksiyası ortaya çıxır.
Pasterizə olunmuş süd və meyvə şirələri Bəzi insanlar pasterizə olunmuş qidaların tərəfini tutur, digər bir qrup isə əksinə. Pasterizə olunmuş südlər, istehlak olunana kimi soyuducuda saxlanmalıdır. UHT prosesindən keçmiş süd məhsulları ağzı açıldıqdan sonra istehlak olunana kimi mütləq soyuducuda qorunmalıdır.
 
 
Pasterizə olunmuş südlər soyuducuda yaz-yay aylarında 4-5℃ temperaturda 1 gün, qış aylarında isə 2-3 gün saxlanıla bilər. Pasterizə olunmuş südləri otaq temperaturunda saxlamaq olmaz. Uzun ömürlü süd (UHT) isə, qutunun açılmaması şərti ilə, otaq temperaturunda 4 ay saxlanıla bilər. Əks halda pis nəticə ilə üz-üzə qala bilərsiniz.